ABŞ hərbi gəmiləri onların adını VERƏCƏK

16.01.2025

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Hərbi Dəniz Qüvvələri yeni Cerald Ford sinifli təyyarədaşıyan gəmilərinə keçmiş prezidentlər Bill Klinton və Corc Buşun şərəfinə adlandırmağı planlaşdırır. 

Redaktor.az xəbər verir ki, bu barədə “Defence News” məlumat yayıb.

"Onların mirası milli təhlükəsizliyimizi qorumaq və bu ölkəni azadlıqlarımızı və həyat tərzimizi təhdid edə biləcək hər kəsdən müdafiə etmək əzmini gücləndirmək üçün hazırlanmış nəhəng platformalar kimi xidmət edən bu təyyarədaşıyıcıları vasitəsilə yaşayacaq".

Nəşr xatırladır ki, Klinton xüsusilə Yuqoslaviyanın bombalanmasına və Haiti əməliyyatına icazə verib.
ABŞ-nin 42-ci və 43-cü prezidentlərinin şərəfinə adlandırılan gəmilər Cerald Ford sinifli beşinci və altıncı təyyarədaşıyıcıları olacaq. Hazırda bu tipli bir gəmi istismardadır - aparıcı Cerald Ford və daha üç gəmi - Con Kennedi, Enterprise və Doris Miller tikilməkdədir.

Bənövşə HƏSƏNOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью