ABŞ hərbi heyəti Kiyevdə münaqişəyə son qoyulmasını müzakirə edəcək

19.11.2025

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

ABŞ-ın ordu katibi Daniel Driskolun başçılıq etdiyi Amerika nümayəndə heyəti vəziyyəti öyrənmək və münaqişəyə son qoymaq variantlarını müzakirə etmək üçün Kiyevdədir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Reuters” ABŞ-ın Kiyevdəki səfirliyinə istinadən məlumat yayıb.

Səfirliyin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sözçüsü polkovnik Devid Batlere istinadən verdiyi bəyanatda deyilir: “Katib Driskoll və komandası bu gün səhər Tramp administrasiyası adından Ukrayna rəsmiləri ilə görüşmək üçün faktaraşdırıcı missiyanın bir hissəsi olaraq Kiyevə gəliblər”.

Məryəm Quliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью