ABŞ hərbi maşınları Polşada qəzaya uğradı | Icma.az
Icma.az bildirir, Axar.az portalına istinadən. Polşada ABŞ hərbi maşınları “Hummer”lər mikroavtobusla toqquşub.
Axar.az xəbər verir ki, bu barədə RMF FM radiosunun məlumatında deyilir.
Bildirilir ki, qəza Böyük Polşa Voyevodalığının A2 şossesində baş verib.
Qəza nəticəsində üç hərbçi, eləcə də mikroavtobus sürücüsü yaralanıb.
Qəza magistral yolda ləngimələrə səbəb olub və təcili yardım xidmətləri Varşavaya doğru gedən ən azı bir zolağı bağlamağa məcbur olub.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanları və xilasedicilər işləyir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu