ABŞ hərbi məhkəməsindən 11 sentyabr terror aktları ilə bağlı AÇIQLAMA

30.08.2026

Icma.az, Bizim media saytına istinadən bildirir.

ABŞ hərbi məhkəməsi 11 sentyabr 2001-ci il terror aktları ilə bağlı əsas təqsirləndirilən şəxs Xalid Şeyx Məhəmmədin verdiyi mühüm etirafı işgəncə səbəbindən sübut kimi qəbul etməyib.
Bizim.Media xəbər verir ki, hakim Məhəmmədin dindirmələr zamanı işgəncələrə məruz qaldığı və ona qarşı ciddi təzyiq göstərildiyi qənaətinə gəlib.
Məhkəmə həmçinin müəyyən edib ki, Məhəmmədə susmaq və vəkillə məsləhətləşmək hüququ barədə məlumat verilməyib. O, ölüm cəzası ilə üzləşirdi.
Xalid Şeyx Məhəmməd 2001-ci il sentyabrın 11-də ABŞ-da törədilən terror aktları zamanı təyyarələrin qaçırılması planının hazırlanmasında ittiham olunur.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью