Icma.az bildirir, Redaktor.az portalına istinadən.
ABŞ NATO müttəfiqlərini Vaşinqtonun hərbi məhsulların istehsalını qısa müddətdə artırmaq üçün atdığı addımlar barədə məlumatlandırıb.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.
Tramp qeyd edib ki, Avropa ölkələri öz silahlı qüvvələrini gücləndirdiyi bir vaxtda bundan ən çox faydalanan tərəf ABŞ istehsalı olan hərbi texnika olacaq.
“ABŞ müdafiə şirkətləri bu avadanlıqların böyük hissəsini istehsal edəcək. Onlar Amerika texnikasını istəyirlər, çünki bu texnika daha yaxşı işləyir”, – deyə Tramp bildirib.
ABŞ lideri əlavə edib ki, ölkədə hərbi istehsalın daha sürətli artırılması üçün həyata keçirilən tədbirlər barədə digər NATO liderlərini məlumatlandırıb.
Xədicə BAXIŞLI