ABŞ hərbi qüvvələri Qırmızı Dənizdə öz təyyarəsini vurdu İki pilot...

22.12.2024

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ hərbi qüvvələri Yəməndə yerləşən və Qırmızı Dənizdə gəmilərə hücum edən Huti müxalifətçilərinə qarşı zərbələr endiriblər. Bu zaman onlar F/A-18 təyyarəsini də səhvən vurublar.

Milli.Az "Nytimes"a istinadən xəbər verir ki, təyyarənin iki pilotu təhlükəsiz şəkildə xilas edilib.

ABŞ hərbi qüvvələrinin Mərkəzi Komandanlığı bu hadisəni dost atəşi olaraq qiymətləndirib.

Mərkəzi Komandanlıq pilotlardan birinin yüngül xəsarətlər aldığını bildirib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəyal Abdullayev
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью