Icma.az, Axar.az saytına istinadən bildirir.
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri Suriyanın şimal-şərqində yerləşən bazadan hərbi texnikanı İraqın şimalına köçürür.
Axar.az xəbər verir ki, bu barədə "Əl Vətən" qəzeti məlumat yayıb.
Bildirilir ki, texnika Hasekə əyalətində yerləşən “Harab əl-Cir” bazasından çıxarılır. Məlumata əsasən, bazanın hava məkanı hərbi təyyarələr tərəfindən patrul olunur.
Qeyd edək ki, yanvarın 18-də Suriya Prezidenti Əhməd əş-Şara ölkənin şimal-şərq bölgəsinə nəzarət edən kürd koalisiyası – “Suriya Demokratik Qüvvələri” ilə atəşkəs razılaşmasını təsdiqləyib.