ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək

08.02.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın yeni administrasiyası digər məsələlərlə yanaşı, hərbi xərclərin azaldılması imkanlarını da nəzərdən keçirmək niyyətindədir.

APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə Yaponiyanın Baş naziri Şiqeru İşiba ilə birgə mətbuat konfransında bildirib.

“Biz Təhsil Nazirliyini qiymətləndirəcəyik, hətta ordumuza da baxacağıq. Biz heç bir aidiyyəti və dəyəri olmayan şeylərə xərclənən külli miqdarda pula baxacağıq”, - o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью