ABŞ hərbiçilərini Avropadan geri ÇƏKƏCƏK

19.05.2026

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

ABŞ Avropadan beş min hərbçisini geri çəkəcək. Bu barədə NATO-nun Birləşmiş Silahlı Qüvvələrinin bölgə üzrə baş komandanı Aleksus Qrinkeviç məlumat verib.

Redaktor.az bu haqda xarici KİV-ə istinadla xəbər verir.

Onun sözlərinə görə, geri çəkiləcək hərbçilərin böyük hissəsini Polşaya göndərilməsi planlaşdırılan zirehli briqadanın döyüş qrupu təşkil edir. Söhbət təxminən dörd min əsgərdən gedir.

Qrinkeviç əlavə edib ki, Almaniyada yerləşdirilməsi nəzərdə tutulan, uzaqmənzilli artilleriya ilə təchiz edilmiş min nəfərlik batalyonun sayı da azaldılacaq.

O bildirib ki, uzunmüddətli perspektivdə ABŞ-ın Avropadakı digər hərbi qüvvələrinin də ixtisarı mümkündür.
 

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью