Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Son günlər yerli və xarici mediada Ukraynada prezident seçkilərinin nə zaman keçiriləcəyi müzakirə olunur, müxtəlif proqnozlar verilir.
ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq yanvarın 1-də yenidən bu məsələyə toxunub.
O, ABŞ-ın Ukraynada 2025-ci ilin sonuna qədər prezident və parlament seçkilərinin keçirilməsini zəruri hesab etdiyini vurğulayıb.
Bu, mümkündürmü? Zelenskini kim əvəz edəcək? Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Rusiya rəhbərliyi Zelenskini leg
Sülh sazişindən əvvəl Zelenskinin hakimiyyətdən getməsi, yeni siyasətçinin rəhbərliyə gəlməsinin daha məqsədəuyğun olduğunu hesab edirəm.
Əgər hakimiyyət dəyişikliyi mümkün sülh müqaviləsi ilə bağlıdırsa və Rusiya da Zelenskinin rəhbərlikdən getməsini tələb edirsə, bu baş verdikdən sonra sülh müqaviləsi imzalanmalıdır.
İstisna deyil ki, proses elə bu ardıcıllıqla olacaq. Zelenski hakimiyyətdən gedəcək və sülh müqaviləsi imzalanacaq.