Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner Moskvaya gəliblər.
Bakıvaxtı.az xəbər verir ki, Uitkoff və Kuşnerin olduğu kortej Rusiya Prezidenti Vladimir Putinlə görüşün keçiriləcəyi Kreml ərazisinə daxil olub.
Ağ Ev nümayəndələrinin tərəflərə müharibənin dayandırılması üçün yeni sülh planı gətirdiyi bildirilir. Səfər çərçivəsində tərəflərin atəşkəs şərtlərini və ərazi məsələlərini müzakirə edəcəyi gözlənilir.
ABŞ nümayəndələrinin Moskvadakı danışıqlardan dərhal sonra – sentyabrın 6-da Kiyevə səfər edərək Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəkləri planlaşdırılır. Səfərlə bağlı təhlükəsizliyi təmin etmək məqsədilə Rusiya və Ukrayna tərəfləri hava zərbələrinə müvəqqəti fasilə verilməsi barədə razılıq əldə ediblər.