ABŞ hibrid amfibiya təyyarəsini təqdim etdi

09.11.2026

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-nin “Maxwell Aircraft” şirkəti M1 Hybrid adlı hibrid amfibiya təyyarəsinin layihəsini təqdim edib. Hava gəmisi 1850 kilometrdən çox məsafə qət edə, suya enib-qalxa və hava limanları olmayan ərazilərdə fəaliyyət göstərə biləcək.
Bizim.Media xəbər verir ki, bu barədə şirkətin yaydığı press-relizdə bildirilib.
Layihə çərçivəsində ilk olaraq M1-HC modifikasiyasının hazırlanması nəzərdə tutulur. Təyyarə 1,52 metr enində yük qapıları ilə təchiz ediləcək və 907 kiloqramadək yükü 1850 kilometrdən çox məsafəyə daşıya biləcək.
“Maxwell Aircraft” şirkətinin baş direktoru Devid Dillonun sözlərinə görə, layihənin əsas məqsədi amfibiya aviasiyasının imkanlarını genişləndirmək və adi təyyarələrin çata bilmədiyi ərazilərə yük çatdırılmasını təmin etməkdir.
 

Layihəyə əsasən, təyyarənin uçuş və hündürlük yığma zamanı ümumi mühərrik gücü 1500 at gücünə çatacaq. Adi uçuş rejimində isə bu göstəricinin təxminən 300 at gücünə, yəni hər mühərrik üçün 150 at gücünə enəcəyi bildirilir.


Təyyarənin gövdəsi karbon lif və kevlar materiallarından hazırlanacaq. Konstruktorlar “Gweduck” kompozit təyyarəsinin hazırlanmasında tətbiq olunan texniki həllərdən də istifadə edəcəklər.
Bu materialların tətbiqi hava gəmisinin çəkisini azaltmağa və xüsusilə dəniz mühitində istismar zamanı yaranan korroziya riskini minimuma endirməyə imkan verəcək.
İstehsalçılar M1 Hybrid-in uçuş-enmə zolaqları olmayan ucqar ərazilərə yük daşınmasında geniş imkanlar yaradacağını gözləyirlər.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью