Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ dünyanın ən böyük iqtisadiyyatına, ən güclü ordusuna, ən qabaqcıl texnologiyalara və bunların fonunda hələlik rəqibsiz siyasi hegemoniyaya sahibdir. Lakin, bu gün istənilən bir amerikalı siyasətçiyə desən ki, digər bir dövlətlə 3 ildən artıq müharibə et, o, bunu dəlilik kimi qiymətləndirər. Çünki onlar vaxtilə bu səhvləri edib və bundan nəticə çıxarıblar. ABŞ hal hazırda bir başa müdaxilədən daha çox hibrid mübarizə metodlarına üstünlük verir və bu da onlarda yaxşı alınır.
Lakin eyni sözləri Rusiya üçün işlətmək olduqca çətindir. Rusiya 3 ildən çoxdur Ukraynada heç bir tutarlı arqumenti olmayan müharibə aparır. Və bu savaş həqiqətən də onlara baha başa gəlir. Ruslar müasir müharibələrin yükünü tam olaraq dərk etmir. Halbuki ki, bu savaş hələ uzun müddət davam edərsə Rusiya bir gün mütləq iqtisadi cəhətdən çökəcək.
Kiyev mübarizəni tamamilə öz resursları hesabına davam etdirsəydi, Ukrayna üçündə eyni arqumentlər keçərli olardı. Lakin situasiya tamamilə fərqlidir. Aydındır ki, Rusiyanı Ukrayna bataqlığında saxlamaq istəyən istənilən qüvvə Ukraynaya etab-etab dəstək nümayiş etdirib müharibənin davamlılığını təmin edəcək.
Ancaq, rus siyasi elitası üçün əsgərin vəziyyəti hər zaman eqolarından aşağı olub. Onlar hesab edirlər ki, təhdid, təzyiq və hərbi müdaxilə yeganə çıxış yoludur. Lakin Sergey Lavrovun biz tək mübarizə aparırıq fikri daxili çöküşün xəbərçisidir. Rusiya işğalçı siyasətini davam etdirsə də, onların qurucu gücü yoxdur. Bu isə həll edici faktordur. Ona görə də, Rusiyanın əldə etdiyi minimal qələbələr situativdir.
Siyasi şərhçi Pərviz Mirizadə