ABŞ Hindistan ilə Javelin və Stryker lərin birgə istehsalına başlayacaq

14.02.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Rəsmi Vaşinqton və Nyu-Delhi Hindistanda "Javelin" tank əleyhinə raket sistemlərinin, eləcə də "Stryker" zirehli maşınlarının birgə istehsalını həyata keçirəcəklər.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hindistanın Baş naziri Narendra Modi ilə ABŞ Prezidenti Donald Tramp arasında Vaşinqtonda keçirilən danışıqların yekunlarına dair dərc olunan birgə bəyanatda qeyd olunub.

Sənəddə həmçinin bildirilir ki, tərəflər qarşılıqlı fəaliyyət və müdafiə sənayesi sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə hərbi satışları, birgə istehsalı genişləndirmək barədə razılığa gəliblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью