ABŞ Hindistana tətbiq olunan idxal rüsumlarını 18% ə endirəcək

02.02.2026

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Amerika Birləşmiş Ştatları Hindistanla ikitərəfli ticarət məsələləri ilə bağlı razılığa gəliblər.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığından sonra məlumat verib.

Narendra Modi Hindistan mallarına idxal tariflərinin azaldılacağını da açıqlayıb.

"Baş nazir Modi və Hindistana dostluq və hörmət əlaməti olaraq, onun xahişi ilə ABŞ və Hindistan arasında ticarət razılaşması dərhal qüvvəyə minəcək. Amerika Birləşmiş Ştatları azaldılmış rüsumlar tətbiq edəcək və dərəcəsi 25%-dən 18%-ə endirəcək", - Tramp bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью