Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Hindistan İranın Çabahar limanına ABŞ-nin tətbiq etdiyi sanksiyalardan azad olunması müddətinin qarşıdan gələn ilin əvvəllərinə qədər uzadılmasına nail olub.
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bu barədə "The Economic Times" nəşri yazıb.
Bildirilir ki, sanksiyaların Hindistana şamil olunmaması müddəti bu həftə başa çatırdı, lakin Nyu-Delhi diplomatik danışıqlar nəticəsində onun uzadılmasına müvəffəq olub.
Çabahar limanı Hindistanın regional nəqliyyat əlaqələri layihəsində strateji əhəmiyyətə malikdir və ölkənin dəniz yolu ilə Əfqanıstan, Mərkəzi Asiya və Rusiyanın şərq hissəsinə çıxışını təmin edir.
Mənbələr qeyd edirlər ki, Hindistan ABŞ ilə intensiv danışıqlar zamanı İranın bu limanının regional ticarət və nəqliyyat şəbəkələri üçün əhəmiyyətini qabardıb.