ABŞ hipersəsli raketi sınaqdan çıxarıb

03.05.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ qeyri-nüvə döyüş başlığına malik dəniz bazalı hipersəsli raketinin sınaqdan keçirilməsi barədə məlumat yayıb.

Oxu.Az TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin (ABŞ HDQ) vitse-admiralı Conni Volf bildirib.

Raket sınaqları ABŞ-nin cənubundakı Florida ştatında, Kanaveral burnu ərazisində həyata keçirilib. Raket buraxılışı soyuq və ya minaatan start metodu üzrə aparılıb.

C.Volfun sözlərinə görə, soyuq qaz üsulu HDQ-yə raketi platformadan çıxarmağa və birinci mərhələni işə salmazdan əvvəl gəminin üzərində təhlükəsiz məsafəyə çatdırmağa imkan verir

Güman edilir ki, modifikasiyadan sonra hipersəsli raketlər ABŞ-nin "Zumvalt" tipli esmineslərində quraşdırılacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью