ABŞ hokkeyçiləri dünya çempionatında vəsiqə qazanıblar

26.05.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

İsveçrənin Sürix şəhərində ABŞ və Avstriya arasında hokkey üzrə dünya çempionatının qrup mərhələsi oyunu başa çatıb.

İdman.Biz xəbər verir ki, “SwissLife Arena”da keçirilən oyunda ABŞ 4:1 hesabı ilə qalib gəlib.

ABŞ komandasından Konnor Klifton, Rayan Ufko, Pol Kotter və Metyu Tkaçuk fərqləniblər. Avstriya komandasından isə yeganə şaybanı Simeon Şvinger vurub.

ABŞ komandası A qrupunda dördüncü yeri tutub və dörddəbir finalda B qrupunun qalibi ilə oynayacaq.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью