ABŞ hökuməti 400 Milli Qvardiya əsgərini müxtəlif ştatlara göndərib

06.10.2025

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Donald Tramp administrasiyası Texasdan Oreqon, İllinoys və digər Demokratların üstünlük təşkil etdiyi ştatlara 400-ə yaxın Milli Qvardiya üzvünü yerləşdirib.

Bakıvaxtı.az bu barədə CNN-ə istinadla xəbər verir.

Belə ki, Müdafiə Naziri Pit Heqsetin əmrinə əsasən, bu addım etirazlara və cinayətlə mübarizəyə nəzarət məqsədi daşıyır.

İllinoys ştatımım qubernatoru JB Pritzker bu qərarın onunla razılaşdırılmadığını bildirib. ABŞ-nin Dairə Hakimi Karin İmmerqut Portlendə yerləşdirməni müvəqqəti dayandırmaq qərarı verib.

Trampın bu addımı təhlükəli güc tətbiqi kimi qiymətləndirilib və ciddi tənqidlərə səbəb olub.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью