ABŞ hökumətindən miqrantlarla bağlı yeni qərar

05.05.2025

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ hökuməti miqrantlarla bağlı yeni qərar qəbul edib. 

525.az xarici KİV-ə istinadən xəbər verir ki, qərara əsasən, öz istəkləri ilə vətənlərinə qayıtmaq istəyən şəxslərə pul ödəniləcək. 

ABŞ Daxili Təhlükəsizlik Departamentindən verilən açıqlamaya görə, federal hökumət qeyri-qanuni mühacirlərin geri qayıtmasını sürətləndirmək üçün bu addımı atmaq qərarına gəlib. 

Müvafiq olaraq, administrasiya qeyri-qanuni olaraq ABŞ-da olan və öz ölkələrinə qayıtmaq istəyən mühacirlərə “səyahət yardımı” kimi 1000 dollar verəcək.

İbrahim Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью