ABŞ Hörmüz boğazının idarəsində iştirak etməyəcək

12.06.2026

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

İran Hörmüz boğazının gələcək idarəçiliyində ABŞ-nin iştirakının nəzərdə tutulmadığını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Məlumata görə, Tehran Hörmüz boğazının idarə olunması və ya bölgədə vəziyyətin müharibədən əvvəlki vəziyyətə qaytarılması ilə bağlı hər hansı öhdəlik götürməyib.

Agentlik qeyd edib ki, boğazın gələcək idarə olunması məsələsi İranın təşəbbüsü ilə regional formatda müzakirə edilməlidir. Bu prosesdə sahilyanı ölkələrdən biri kimi Omanın da iştirakının vacib olduğu vurğulanıb.

Gununsesi.info 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью