Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
"May ayının əvvəlindən bəri ABŞ ordusu Hörmüz boğazından 900 milyon bareldən çox xam neftin daşınmasında kommersiya gəmilərinə kömək edib".
"Cebheinfo.az" xəbə verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü Tim Hokins "Əl-Cəzirə"yə verdiyi açıqlamada bildirib.
Tim Hokins Vaşinqtonun İranın Hörmüz boğazına nəzarət etməməsi barədə iddiaları təkrarlayıb və ABŞ ordusunun may ayının əvvəlindən bəri bu su yolundan 900 milyon bareldən çox xam neftin daşınmasında kommersiya gəmilərinə kömək etdiyini qeyd edib.
Çərşənbə günü ABŞ-ın Energetika naziri Kris Rayt Hörmüz boğazından neft tranzitinin rekord səviyyədə olduğunu və son 24 saat ərzində 18 milyon barelə çatdığını bildirib.
Xəzər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin