ABŞ HTŞni terror təşkilatları siyahısından çıxarır

11.12.2024

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Co Bayden administrasiyası “Heyət Təhrir əş-Şam” qruplaşmasını xarici terror təşkilatları siyahısından çıxarılması imkanını nəzərdən keçirir.

Axar.az xəbər verir ki, bu barədə “NBS Nyus” telekanalı yüksək çinli amerikalı məmurlara istinadla məlumat yayıb.

“Müzakirələrin məqsədi qlobal ictimaiyyətin yeni hökumətlə əlaqə qurması üçün yol yaratmaqdır. HTŞ-nin terrorçular siyahısından çıxarılması tezliklə baş tuta bilər”, - məlumatda qeyd olunub.

Bildirilib ki, HTŞ-nin terror təşkilatları siyahısından çıxarılması ilə qruplaşmanın rəhbəri Əbu Məhəmməd əl-Colaninin başına qoyulmuş 10 milyon dollarlıq pul mükafatı da ləğv olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью