ABŞ Huanqın sevgilisinə məxsus şirkəti qara siyahıya saldı

24.11.2026

Icma.az bildirir, Moderator.az portalına istinadən.

ABŞ Administrasiyası Sinqapura məxsus "Megaspeed International" şirkətini ticarət üzrə qara siyahıya daxil edib.

Moderator.az xəbər verir ki, müvafiq qərar ABŞ-nin Federal Reyestrində dərc olunub.

Siyahıya ümumilikdə yeddi müəssisə əlavə edilib. Onların arasında "Megaspeed International" da yer alır. Bu addım "Nvidia" rəhbəri Censen Huanq və 2025-ci ilə qədər "Megaspeed"ə rəhbərlik etmiş Elis Huanq arasındakı münasibətlərlə bağlı yaranmış qalmaqal fonunda atılıb. Hazırda ABŞ-nin Ədliyyə və Ticarət nazirlikləri ixrac nəzarəti qaydalarının ehtimal olunan pozuntuları ilə əlaqədar "Megaspeed" barəsində təhqiqat aparır.

Şirkət qurulandan bəri "Nvidia"ya rəhbərlik edən Huanq noyabrın 12-də casusluq qalmaqalı səbəbindən vəzifəsindən getmişdi: o, eyni soyadı daşıyan Çin vətəndaşı, CCTV-nin sabiq müxbiri və "Megaspeed International"ın keçmiş rəhbəri Elis Huanqla gizli sevgi münasibətində ittiham edilirdi.

ABŞ xüsusi xidmət orqanları qadını Çin kəşfiyyatının agenti hesab edirlər. ABŞ Ədliyyə Nazirliyi məlumatı təsdiqləməyib. Çin tərəfi də məsələyə aidiyyəti olduğunu təkzib edib.

Noyabrın 23-də "Nvidia"nın Direktorlar Şurasının Huanqın yenidən şirkətin prezidenti, baş direktoru və şura üzvü vəzifələrinə bərpa edilməsinə yekdilliklə səs verdiyini açıqlanıb. Qərar dərhal qüvvəyə minib. Huanqın vəzifələrinə qayıtması fonunda "Nvidia"nın səhmləri 30% bahalaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью