ABŞ hücumunu gözləyən İrandan diqqət çəkən açıqlama: Trampla eyni fikirdəyik

02.02.2026

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ-ın mümkün hücumunu gözləyən İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Prezident Donald Trampın nüvə silahına sahib olunmaması ilə bağlı mövqeyi ilə tam razıdırlar. O qeyd edib ki, İran nüvə proqramının yalnız dinc məqsəd daşıdığını təmin etmək üçün danışıqlara hazırdır və bunun qarşılığında sanksiyaların ləğvini gözləyir.

Sherg.az xəbər verir ki, Əraqçi müharibənin qaçılmaz olmadığını, lakin yanlış hesablamalar və dezinformasiyanın ciddi risk yaratdığını vurğulayıb. O, ABŞ ilə etimad probleminin mövcud olduğunu desə də, ədalətli və nüvə silahını istisna edən razılaşma üçün diplomatik imkanların hələ də olduğunu bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью