ABŞ husilərin hədəflərinə dənizdən raket zərbəsi endirib

22.11.2024

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ silahlı qüvvələri qiyamçı husi hərəkatı “Ənsar Allah”ın nəzarəti altında olan Yəmənin əl-Hodeydə əyalətinə dənizdən raket zərbəsi endirib.

APA xəbər verir ki, bu barədə “əl-Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Telekanalın yaydığı məlumata görə Qırmızı dənizdə yerləşən ABŞ hərbi gəmiləri ən azı dörd raket atıb.

Onların hədəfi husilərin əyalətin paytaxtından təxminən 90 kilometr cənubda yerləşən əl-Mətina bölgəsindəki obyektləri olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью