ABŞ ı Bakıda yeni şirkətlər təmsil edəcək Emi Karlon

12.09.2026

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ bu il Bakıda keçiriləcək ADEX beynəlxalq müdafiə sənayesi sərgisində iştirakı çərçivəsində əvvəllər sərgidə təmsil olunmamış şirkətlərini təqdim edəcək.

Turkustan.az xəbər verir ki, bu barədə “Report”un Qarabağa ezam olunmuş müxbirinə xarici diplomatik korpusun nümayəndə heyətinin tərkibində Qarabağ bölgəsinə səfər edən ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon bildirib.

“Bu il biz ADEX-ə əvvəllər sərgidə iştirak etməmiş ABŞ şirkətlərini gətirəcəyik. Hərbi texnologiyalar və müdafiə sənayesi sahəsində ABŞ-nin nailiyyətlərini nümayiş etdirmək fürsəti bizi sevindirir”, – o bildirib.

Emi Karlon qeyd edib ki, ABŞ sərgidə iştirak etməyi planlaşdırır və onun keçirilməsini səbirsizliklə gözləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью