ABŞ ı Çində o təmsil edəcək

29.04.2025

Axar.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Senatı ölkənin Çindəki yeni səfirinin namizədliyini təsdiqləyib.

Axar.az xəbər verir ki, bu şəxs Devid Perdyudur.

Onun namizədliyini 67 senator dəstəkləyib, 29-u isə əleyhinə səs verib.

Perdyu 2015-2021-ci illərdə Corciya ştatının senatoru olub. Bundan əvvəl o, “Reebok” və “Dollar General” kimi iri şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.

Sahibkar eyni zamanda bir neçə il Sinqapurda “Gitano Group”un direktoru vəzifəsində və Honq Konqda “Sara Lee”nin korporativ filialında işləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью