Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Minneapolisdə Miqrasiya və Gömrük Xidmətinin (ICE) əməkdaşları tərəfindən iki nəfərin öldürülməsindən sonra ABŞ-ın bir sıra iri şəhərlərində kütləvi etiraz aksiyaları keçirilib.
Globalinfo.az xəbər verir ki, nümayişlər Nyu-York, Minneapolis, Los-Anceles, Texas və digər şəhərləri əhatə edib.
Minneapolisdə etirazçılar federal binanın qarşısında toplaşaraq Daxili Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına qarşı şüarlar səsləndiriblər. Polis həbslə hədələdikdən sonra aksiya iştirakçılarının əksəriyyəti dağılışıb.
Los-Ancelesdə aksiyalar zamanı polis gözyaşardıcı qazdan istifadə edib, bir neçə nəfər saxlanılıb. Həmin gün CNN-in keçmiş jurnalisti Don Lemon və daha üç media nümayəndəsi də etirazların işıqlandırılması zamanı saxlanılıb, sonradan azadlığa buraxılıblar.
Əliyar Xəlil