ABŞ ı İsrail qızışdırır

02.02.2026

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlamaq niyyəti yoxdur və əlbəttə ki, İsrail hökumətinin israr etməsi və təkidlə ABŞ bu istiqamətdə İrana qarşı əməliyyatların keçirilməsi üzrə hazırlıqlara start verib.

Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.

Onun fikrincə, münaqişənin başından proseslərə diqqət yetirsək, ABŞ-ın İranla bağlı tərəddüdlərini görmək mümkündür. Hazırda da vəziyyət eynilə dəyişmədən, iki ölkə arasında qarşılıqlı hədə-qorxu və təhdidlər əsasında davam edir. Belə bir vəziyyət əlbəttə ki gərginliyin yüksək səviyyədə olmasını göstərir. Bu da öz növbəsində potensial müharibə riski deməkdir və hər iki ölkə bu səbəbdən ehtiyatlı davranmağa üstünlük verir.

Çünki ani səhv müharibə riski yüksək olan vəziyyəti daha da kritik həddə çatdıra bilər: "Bu baxımdan hər iki ölkə diplomatik cəhdlər edir və bu da müharibə riskinin azalmasına xidmət edir.

Hesab edirəm ki, muharibə yaxın vaxtlarda baş verməyəcək və diplomatik kanallar vasitəsilə münaqişənin qarşısını almaq üçün səylər davam edəcək. Artıq region ölkələri olaraq Türkiyə və Səudiyyə Ərəbistanı hərbi əməliyyatlarla bağlı öz mövqelərini bəyan ediblər.

Əgər ABŞ İranı vurarsa, bunun ağır nəticələrə səbəb olacağı gözlənilir. Bu siyası baxımdan da təhlükəlidir, çünki müharibə zəncirvari şəkildə bir çox Yaxın Şərq ölkələrinə siyarət edə bilər. Bundan başqa İsrailə qarşı, ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına qarşı, İranın cavab raket zərbələrindən istifadə edəcəyi qaçılmaz olacaq. İqtisadi baxımdan dünyada enerji resurslarının qiymətində rekord artım müşahidə olunacaq və bu da dünya bazarında nəqliyyat və digər məhsullara öz təsirini göstərəcək.

Ola biləcək hər hansı bir müharibə Hörmüz boğazından da yan keçməyəcək və bütün bunlar ABŞ-ı ciddi götür-qoy etməyə məcbur edir. Belə olan halda rəsmi Tehran və ABŞ arasında birbaşa dialoq olmasa da, vasitəçi ölkələr vasitəsilə əlaqələrin qurulması şərt kimi görünür. Bu səbəbdən ABŞ-ın İranla bağlı siyasəti müharibə ritorikasından, dialoq mexanizminə keçəcəyini demək mümkündür".

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью