Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İsrail rəsmiləri Qəzzaya zərbə ilə bağlı öncədən ABŞ administrasiyasını məlumatlandırıb.
Axar.az xəbər verir ki, bu barədə “Axios” portalının jurnalisti Barak Ravid X səhifəsində yazıb.
O bildirib ki, atəşkəs rejiminə nəzarət edən ABŞ komandanlıq mərkəzinə informasiya göndərilib.
Lakin mənbələrdən biri aydınlaşdırıb ki, İsrail HƏMAS-a cavab zərbələri endirmək üçün icazə istəməyib.
Qeyd edək ki, Qəzzaya zərbə nəticəsində İzzəddin əl-Qəssam Briqadasının komandirlərindən biri məhv edilib.