ABŞ iki aya qoşunlarını Suriyadan çıxaracaq KİV

15.04.2025

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ İsraili öz qoşunlarını Suriyadan tədricən çıxaracağı barədə məlumatlandırıb.

“Report” xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

“ABŞ təhlükəsizlik rəsmiləri İsrail kəşfiyyatının üzvlərinə iki ay ərzində qoşunların mərhələli şəkildə Suriyadan çıxaracağı barədə məlumat veriblər”, - məlumatda bildirilib.

Nəşrin yazdığına görə, İsrail əvvəllər hadisələrin bu cür inkişafının qarşısını almağa çalışsa da, buna nail ola bilməyib. Buna baxmayaraq, İsrail xüsusi xidmət orqanlarının rəsmiləri Amerika qoşunlarını Suriyada saxlamaq üçün Vaşinqtona təzyiq etməkdə davam edir.

Xatırladaq ki, 2024-cü ilin dekabrında Pentaqon Suriyada 2 minə yaxın ABŞ hərbçisinin olduğunu bəyan etmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью