ABŞ iki beynəlxalq qurumu tərk elədi

05.02.2025

Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların BMT-nin iki qurumunun - İnsan Hüquqları Şurasının (UNHRC) və Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Yardım üzrə Agentliyinin (UNRWA) üzvlüyündən çıxması barədə sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir: “ABŞ prezidenti ABŞ-ın UNRWA və BMT-nin İnsan Hüquqları Şurasından çıxması haqqında sərəncam imzalayıb”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью