“ABŞ ilə dolayı danışıqlara qapı açıq qalır” Pezeşkian

30.03.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


“İranın rəsmi cavabı Oman vasitəsilə Amerika tərəfinə çatdırılıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin iclası zamanı İran Prezidenti Məsud Pezeşkian deyib.
O, izah edib ki, İran ABŞ ilə birbaşa danışıqların mümkünlüyünü açıq şəkildə rədd etsə də, dolayısı ilə danışıqlar variantı masada qalır:
“Əvvəllər də qeyd etdiyimiz kimi, İran heç vaxt dolayı rabitə kanallarını bağlamayıb. İran cavabında danışıqlardan yayınmadığını, əksinə, ABŞ-nin müqavilə və öhdəlikləri dəfələrlə pozmasının bu yola əngəl törətdiyini təkrarlayıb”.
O, ABŞ-nin danışıqları bərpa etmək istəsə, ilk növbədə keçmiş pozuntuları düzəltmək yolu ilə etimadı bərpa etməli olduğunu vurğulayıb və əlavə edib ki, danışıqlar yolunun davam etdirilməsini məhz Amerikanın yanaşması müəyyən edir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью