Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“ABŞ ilə imzalanmış hər hansı sənədi ləğv etmək asan deyil, çünki Vaşinqton bu cür addımları ciddiyə alır. Lakin bu o demək deyil ki, ABŞ-nin bütün tələbləri qeyd-şərtsiz yerinə yetirilməlidir”.
Missiya.Az xəbər verir ki, bu sözləri Ermənistanın sabiq Prezidenti Robert Köçəryan mətbuat konfransı zamanı deyib.
O prezident olduğu illəri misal gətirərək xatırladıb ki, Vaşinqtonun sərt müqavimətinə baxmayaraq, Ermənistan ABŞ ilə münasibətlərini qoruyub saxlamaqla İran-Ermənistan qaz kəmərini çəkə bilib.
Köçəryan hakimiyyətə qayıdacağı təqdirdə Vaşinqtonda imzalanmış sənədə Ermənistanın dövlət maraqlarından çıxış edərək yenidən baxılmasının mümkünlüyünü də vurğulayıb.
Daşqın Həsənov
Missiya.Az