ABŞ ilə İran arasında nə zaman saziş əldə KONKRET

23.09.2026

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.

O bildirib ki, İran hökuməti gözləmə mövqeyi tutduğu üçün hələlik ABŞ tərəfinin təkliflərindən imtina edir.

“Onlar aralıq seçkisində özümü necə göstərəcəyimi gözləyirlər. Ancaq anlamırlar ki, mən namizədliyimi irəli sürmürəm. Mən artıq bunu etmişəm və inamlı qələbə qazanmışam”, – deyə Donald Tramp BMT Baş Assambleyasında çıxışı zamanı bildirib.

Tramp vurğulayıb ki, dövlət başçısı postunda “dərhal İranla danışıqlara başlayıb” və onlara “nüvə proqramını dayandırmaq, habelə terrora dəstəyi kəsmək müqabilində tammiqyaslı iqtisadi əməkdaşlıq” təklif edib, lakin qarşı tərəf imtina edib.

Bununla bərabər, ABŞ Prezidenti növbəti dəfə onların saziş təklifini rədd etməyəcəklərinə əminliyini ifadə edib./Oxu.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью