Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
ABŞ ilə Pakistan arasında mineral ehtiyatlar ilə bağlı saziş imzalana bilər.
“Cebheinfo.az” "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, fevralın 20-də Vaşinqtonda baş tutan Beynəlxalq Sülh Şurasının açılış iclasında ABŞ Dövlət katibi Marko Rubio Pakistanın Baş naziri Şahbaz Şərif ilə görüş keçirib.
Görüşdə Vaşinqton ilə İslamabad arasında Pakistanda mineral ehtiyatların istismarı və enerji sektorunun inkişafı ilə bağlı müzakirə aparılıb.
Rubio Pakistana Prezident Donald Trampın Qəzza zolağında sülhü təmin etmək üçün 20 maddəlik planını davamlı dəstəklədiyinə və şuranın açılış iclasında təsisçi üzv kimi iştirakına görə təşəkkür edib.
Dövlət Departamentinin mətbuat katibinin müavini Tommi Piqott jurnalistlərə açıqlamasında bildirib ki, Rubio, həmçinin Pakistanın rəsmilərinin bu yaxınlarda Vaşinqtonda keçirilən qlobal mineral ehtiyatlar tədbirində iştirakını yüksək qiymətləndirib.
Piqott əlavə edib ki, hər iki ölkənin rəsmiləri mineral və enerji sektorunun inkişafını, eləcə də Amerika şirkətləri üçün kommersiya investisiya imkanlarını müzakirə ediblər.
Sonda Rubio Pakistanın cənub-qərbi Bəlucistan əyalətində və İslamabadda qadağan olunmuş Bəlucistan Azadlıq Ordusu tərəfindən terror aktlarını pisləyib və Pakistan tərəfinə baş sağlığı verib.
Yunis Abdullayev
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin