ABŞ ilə razılaşma üçün doğru yolda idik, Netanyahu əngəl oldu Əraqçi

16.06.2025

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Bütün dəlillər Netanyahunun İrana qarşı yüzlərlə günahsız mülki şəxsin, o cümlədən qadın və uşaqların ölümü ilə nəticələnən cinayətkar hücumunun ABŞ ilə olacaq razılaşmamızın qarşısını almağa hesablandığını göstərir.

Bakupost.az xəbər verir ki, bunu İran XİN rəhbəri Abbas Əraqçi X hesabında yazıb.

"Bu razılaşmaya nail olmaq üçün doğru yolda idik. Netanyahu kimi birini susdurmaq üçün Vaşinqtonun cəmi bir telefon zəngi kifayətdir. Bu, diplomatiyaya qayıdış üçün yol aça bilər", - o, əlavə edib.

Aygün

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью