ABŞ ilə Türkiyə arasındakı ən böyük ziddiyyətlər PKK ilə bağlıdır Analitik | Icma.az
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir. Əgər Donald Tramp verdiyi sözə əməl etsə, qısa müddət ərzində terror təşkilatı mö
“Türkiyə və ABŞ bir-birinə ehtiyacı olan iki ölkədir. Trampın Türkiyənin rolu ilə bağlı açıqlamalarını izlədik.
Biz Tramp dövründə ABŞ ilə daha güclü əlaqələr saxlamaq istəyirik” - deyə H.Fidan əlavə edib.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı diqqətçəkən açıqlamalar vermişdi.
Türkiyəni "böyük güc" adlandıran Tramp Prezident Ərdoğan haqqında "O, mənim çox yaxşı anlaşdığım birisidir" - deyib.Türkiyə ordusunun gücünü vurğulayan Tramp Ərdoğanla çox yaxşı anlaşdığını bildirib.Suriyada baş verənlərə də toxunan Tramp deyib ki, Suriyada çoxlu qeyri-müəyyənlik var, baş verəcəklərin açarı Türkiyədədir.Həm Amerika Birləşmiş Ştatları, həm də Türkiyənin nəhəng dövlət olduğunu vurğulayan siyasi şərhçi Elçin Xalidbəyli “Sherg.az”a açıqlamasında deyib ki, münasibətlərin gedişi ABŞ və Türkiyə arasındakı razılaşmaların xarakterindən asılıdır.
Zənnimcə, Türkiyə uzunmüddətli perspektivdə münasibətləri nəzarətdə saxlayaraq öz milli maraqlarına və regional təsirinə diqqət yetirəcək.Siyasi ekspertin sözlərinə görə, indiki mərhələdə iki dövlət arasında münasibətlərdə yaxınlaşma müşahidə edilsə də, nə vaxtsa maraqların toqquşması ehtimalı mümkün ehtimaldır: “Lakin Bayden Administrasiyası dövründə tənzimləmə baxımından bu toqquşmalar yanlış istiqamətlərə çəkilirdi.
Türkiyənin maraqlarını nəzərə almaq istəməyən Bayden Administrasiyası yalnız ABŞ-nin maraqlarını diktə etməyə çalışırdı.
Təbii olaraq da rəsmi Ankara buna etiraz edərək, sərt müqavimət göstərir, Türkiyənin maraqları uğrunda prinsipial mübarizə aparırdı.
Tam oxu
Xəbəri oxu