ABŞ ilin sonuna qədər idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə edə bilər

08.07.2025

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Amerika Birləşmiş Ştatları yeni idxal rüsumları hesabına ilin sonuna qədər 300 milyard dollardan çox vəsait toplamaq niyyətindədir.
APA xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent Ağ Evdə keçirilən hökumət iclasında məlumat verib.

“İlin sonunadək bu məbləğin 300 milyard dolları üstələyəcəyini gözləyə bilərik”, – deyə maliyyə naziri yeni gömrük rüsumlarından toplanacaq vəsaitin həcmini şərh edərkən deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью