ABŞ ilk dəfə olaraq Ukraynaya hərbi mütəxəssislər göndərəcək The Washington Post | Icma.az
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Bu, ABŞ-ın Kiyevin Moskva ilə mübarizəsində yardıma yönələn siyasətinin əhəmiyyətli dərəcədə dəyişilməsi deməkdir..." Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsi başlanandan Co Bayden administrasiyası əllərində silah öz müstəqilliyi uğrunda mübarizə aparan Ukrayna əraizisinə Kiyevin Moskva ilə mübarizəsində yardım üçün hərbi mütəxəssislər göndərir.
Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, ABŞ Ukraynaya nizami ordunun hərbi qulluqçularını deyil, xidmət göstərən texniki personal göndərəcək, onlar Ukraynaya Qərbin tədarük etdiyi silahların istismarı və saz vəziyyətdə saxlanılmasında Ukrayna ordusuna kömək edəcək.
"Bu, ABŞ-ın Kiyevə Moskva ilə mübarizəsində yardıma yönələn siyasətinin əhəmiyyətli dərəcədə dəyişilməsidir", - nəşr yazıb.
Bu zaman belə praktikanın ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın 2025-ci ilin yanvarında özünün andiçmə mərasimindən sonra saxlayacağı hələlik aydın deyil", - məlumatfa deyilir.
Həmçinin dəqiqləşdirilir ki, Ukraynaya gələn amerikalı hərbi mütəxəssislər ölkənin daxili rayonlarında cəbhə xəttindən aralıda olacaq və döyüş əməliyyatlarında iştirak etməyəcək.
"Ukraynada cəbhə xəttindən aralıda texniki xidmət göstərən azsaylı podratçılar ABŞ-ın verdiyi avadanlığın zədələnəcəyi təqdirdə tez bir zamanda təmirinin təmin edilməsi və zərurət olduqda texniki xidmət göstərilməsində kömək edəcək", - bu barədə yüksək vəzifəli amerikalı məmur agentliyə məlumat verib.
Tam oxu
Xəbəri oxu