ABŞ İlon Maskın “SpaceX” şirkətini əvəzləyəcək alternativ axtarır

08.06.2025

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vaşinqton, 8 iyun, AZƏRTAC

ABŞ Müdafiə Departamenti və ABŞ Kosmik Agentliyi (NASA) İlon Maskın “SpaceX” şirkəti ilə rəqabət aparan şirkətləri alternativ kosmik gəmi və raketlər istehsal etməsinə çalışır.

AZƏRTAC-ın məlumatına görə, bu barədə “The Washington Post” yazıb. Qeyd olunub ki, hər iki qurum Prezident Donald Tramp və İlon Mask arasında münasibətlərin pisləşməsi fonunda bu istiqamətdə təşviq etmək məqsədilə “RocketLab”, “Stoke Space” və Jeff Bezosun “Blue Origin” şirkətlərinə müraciət ediblər.

Qeyd edək ki, Trampla Mask arasında münaqişə multimilyarderin prezidentin büdcə qanun layihəsini tənqid etməsi ilə başlayıb. Onun fikrincə, layihənin Konqres tərəfindən təsdiqlənməsi büdcə kəsirinin artmasına səbəb ola bilər.

Daha sonra Tramp büdcə xərclərini milyardlarla dollar azaltmaq üçün Mask üçün dövlət müqavilələrini ləğv edə biləcəyini bəyan edib.

Cavab olaraq Mask “SpaceX”in “Dragon” kosmik gəmisini istismardan çıxarmaqla təhdid edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью