Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranla ABŞ arasında imzalanmış Anlaşma Memorandumunun bütün müddəaları bizim xeyrimizədir və bu danışıqların nailiyyətləri özünü göstərəcək.
Axar.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“Qətərdə saxlanılan 6 milyard dollarlıq vəsaitimiz geri qaytarılacaq. Netanyahu bu danışıqlardan narazı qalan ilk tərəfdir.
ABŞ-ın yalnız bir narahatlığı var: nüvə silahına sahib olmamağımız. Mərhum liderin də dəfələrlə qeyd etdiyi bir şey var - nüvə bombası istəmirik.
Amerikalılar dedilər ki, bunu yazılı şəkildə qeyd edin və imzalayın. Biz də imzaladıq”, - o bildirib.