ABŞ ın 12 ştatındakı su sistemləri kiberhücumlara məruz qalıb

05.08.2026

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


ABŞ-ın 12 ştatındakı su sistemləri kiberhücumlara məruz qalıb.
Newscenter.az xəbər verir ki, ABC News bu barədə mənbələrə istinadən məlumat yaylb.
Kanalın məlumatına görə, ABŞ Federal Təhqiqat Bürosu (FTB) kommunal xidmətlərə və müəssisələrə mümkün olduqda sistemləri internetdən ayırmağı, elektrik açarlarından istifadə etməyi və hətta avtomatlaşdırılmış sistemlər pozulduqda əl ilə idarəetməyə qayıtmağı tövsiyə edib.
İran kiberhücumlarda əsas şübhəli hesab olunur, lakin bunun rəsmi təsdiqi yoxdur.
Haker hücumundan ən çox zərər çəkən ştatlardan biri olan Miçiqan Dövlət Polisinin açıqlamasına görə, hüquq-mühafizə orqanları vəziyyəti izləyir və federal hakimiyyət orqanları ilə əlaqələndirir. Polis bildirir ki, problemlər yerli operatorlar tərəfindən həll edilib və ictimai sağlamlığa təhlükə yaradan hər hansı bir hadisə barədə məlumat verilməyib.
Anar
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью