ABŞ ın 3 noyabrdan sonra bir neçə gün İrana zərbə endirməyi planlaşdırır

29.10.2026

Oxumeni.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-ın 3 noyabrdan sonra bir neçə gün İrana zərbə endirməyi planlaşdırır

ABŞ 3 noyabrda keçiriləcək aralıq konqres seçkilərindən sonra İrana qarşı hərbi əməliyyatları bərpa edə və bir neçə gün İslam Respublikasına qarşı zərbələr endirə bilər.

Oxuməni.az xəbər verir ki, bu barədə Associated Press mənbələrə istinadən məlumat verib.

Mənbələrə görə, ABŞ Yaxın Şərq müttəfiqlərini bu müddət barədə məlumatlandırıb. Lakin regional rəsmilər ABŞ-ın hücumu halında İranın qisas alacağını gözləyirlər ki, bu da döyüşləri uzada bilər. ABŞ prezidenti Donald Tramp hələlik hərbi əməliyyatların bərpası ilə bağlı yekun qərar verməyib.

Daha əvvəl "The Wall Street Journal" mənbələrə istinadən xəbər vermişdi ki, Vaşinqton bir neçə Fars körfəzi ölkəsini aralıq konqres seçkilərindən sonra İrana qarşı mümkün "qısa, intensiv hərbi kampaniya" barədə xəbərdar edib.

Əziz Mustafa

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью