ABŞ ın 8 gündə 11 dronu məhv edildi

10.03.2026

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ İrana qarşı səkkiz günlük hərbi əməliyyat zamanı 11 “MQ-9 Reaper” kəşfiyyat və hücum dronunu itirib.

Axar.az xəbər verir ki, bu barədə CBS iki ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Mənbələrə görə, ABŞ ordusu daha əvvəl iki dron itirib və bununla da ümumi say 11-ə çatıb.

Qeyd edək ki, “MQ-9 Reaper” ABŞ ordusu tərəfindən kəşfiyyat, müşahidə və dəqiq zərbələr üçün istifadə olunur. Mütəxəssislərin fikrincə, belə bir dronun qiyməti təxminən 30 milyon dollar civarındadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью