Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-ın Ankaradakı səfiri və Suriyaya xüsusi nümayəndəsi Tom Barrack NTV-nin diplomatiya müxbiri Deniz Kilisloğlu ilə ilk müsahibəsində Rusiya-Ukrayna müharibəsi, Qəzzadakı faciə və Türkiyə-ABŞ münasibətləri barədə önəmli fikirlərini bölüşüb.
KONKRET.az xəbər verir ki, Barrack ailəsinin Osmanlı imperiyası dövründə Livandan ABŞ-a köç etdiyini və “mənim uğurlarımın sirri Amerika azadlığı ilə Osmanlı genlərinin birləşməsindədir” deyib.
O, Türkiyədə diplomatik vəzifədə işləməyi həyatının ən böyük fürsəti adlandırıb.
Rusiya-Ukrayna münaqişəsində Türkiyənin rolunu yüksək qiymətləndirən Barrack qeyd edib: “Türkiyə həm Rusiya, həm də Ukrayna ilə ənənəvi əməkdaşlıq əlaqələrinə malikdir və bu dialoqun davam etdirilməsi vacibdir.
Prezident Tramp səbrini itirmək üzrədir və Türkiyənin vasitəçiliyi ilə zirvə görüşlərinin mümkünlüyünə inanırıq”.
Suriya siyasətində dəyişikliklərin olacağını vurğulayan Barrack “Bugünkü Suriya siyasəti keçmişdən fərqlənəcək.
SDQ bizim müttəfiqimizdir və onların yeni Suriya hökumətinə inteqrasiyası çox önəmlidir” deyib.