Icma.az bildirir, Operativ MM portalına istinadən.
ABŞ-ın Arizona ştatında mayın 13-dən bəri davam edən meşə yanğınları 8265 hektar ərazinin yanmasına səbəb olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Arizona Meşə və Yanğın İdarəsi Departamentinin X hesabı məlumat yayıb.
Bölgədəki havanın quruluğu və rütubətin aşağı olması səbəbindən səlahiyyətlilər "qırmızı bayraq" xəbərdarlığı edib.
Açıqlamada yanğınların söndürülməsi üçün 700-dən çox canlı qüvvənin ayrıldığı və yanğından zərər çəkmiş ərazinin 38 faizinin nəzarət altına alındığı vurğulanıb.
Səlahiyyətlilər yanğınların səbəbləri ilə bağlı araşdırmalarını davam etdirirlər.