ABŞ ın “Avropa həqiqəti”ni maliyyələşdirən NED fondu fəaliyyətini dondurdu | Icma.az
Icma.az bildirir, Qaynarinfo portalına istinadən. "Avropa həqiqəti”nin həmtəsisçisi, Demokratiyanın Dəstəklənməsi üzrə Milli Fond (NED) bütü
Qaynarinfo "Avropa həqiqəti”nə istinadla xəbər verir ki, bu barədə fondun 25 fevralda yayımladığı bəyanatda bildirilir.
Fond bildirib ki, hazırda ABŞ Konqresi tərəfindən ayrılan vəsaitlərə çıxışı yoxdur.
Bu vəsaitlər fondun qrant və əməliyyat fəaliyyətinin demək olar ki, hamısını təmin edir.
"Bu səbəbdən, NED 40 illik tarixində ilk dəfə olaraq öz öhdəliklərini yerinə yetirə bilmədi və dünya üzrə təxminən 2 000 tərəfdaşa dəstəyi dayandırmağa məcbur oldu”, – bəyanatda qeyd olunub.
Fondun 95% maliyyələşməsi birbaşa Konqres tərəfindən ayrılır və xarici yardım hesab olunmur.
Buna görə də, bu vəsaitlər ABŞ prezidentinin 90 günlük yenidən nəzərdən keçirmə qərarına əsasən dondurulan xarici yardıma aid edilmir.
Lakin bu istisnaya baxmayaraq, NED-in bu vəsaitlərə çıxışı heç bir izah verilmədən dayandırılıb.
Tam oxu
Xəbəri oxu