“ABŞ ın Avropanın müdafiə siyasətində yeni yanaşma“ “Financial Times“ | Icma.az
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Vaşinqton sərhəd dövlətlərinə yardımı azaldır, Avropanı öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımağa vadar edir..." ABŞ Rusiya ilə sərhəddə yerləşən Avropa ölkələrinə göstərilən hərbi yardım proqramlarını tədricən dayandırır.
Bu addım qitəni öz müdafiəsinə daha çox vəsait ayırmağa məcbur edir. Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
Pentagonun xəbərdarlığı Ötən həftə ABŞ Müdafiə Nazirliyinin nümayəndələri Avropa diplomatlarına bildirib ki, bundan sonra Vaşinqton Şərqi Avropa ölkələrinin ordularını təlim və texniki avadanlıqla təmin edən proqramlara maliyyə ayırmayacaq.
Söhbət əsasən "333-cü bölmə" çərçivəsində maliyyələşən layihələrdən gedir.
Bu proqramın xərcləri ABŞ Konqresinin təsdiqindən keçməlidir, lakin prezident Donald Trampın administrasiyası yeni vəsait istəməyib.
Mövcud vəsaitlər isə 2026-cı ilin sentyabrına qədər əlçatan olacaq.
Ağ Evin mövqeyi Ağ Ev rəsmisi bu addımı Trampın xarici yardımı "yenidən qiymətləndirmə və korrektə etmə" siyasətinin tərkib hissəsi adlandırıb: "Bu qərar Avropa ilə razılaşdırılıb və prezidentin uzun müddətdir vurğuladığı kimi, qitənin öz müdafiəsinə daha çox cavabdehlik daşımasına yönəlib".
Tam oxu
Xəbəri oxu